
Levandovski "Bavariya"dan gedəcəyini növbəti dəfə açıqladı
- 18 İyn 2022 14:44
- 475
"Bavariya"nın futbolçusu Robert Levandovski klubdan ayrılmaq istəyindən danışıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu "Bild"ə açıqlamasında deyib:
“Müqaviləmin bitməsinə hələ bir il var. Buna görə də klubdan transfer olunmağımı təşkil etməyi xahiş etdim. Hesab edirəm ki, bu, indiki vəziyyətdə ən yaxşı həll yoludur. Həm də sövdələşmə nəticəsində “Bavariya” pul ala biləcək. Mən heç nəyi məcbur etmək istəmirəm, məsələ bu deyil. Söhbət ən yaxşı həll yolunu tapmaqdan gedir. Mən sakit şəkildə dialoq aparmaq istəyirəm. Ümid edirəm ki, bir gün azarkeşlər məni başa düşəcəklər”.