Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə start götürən mini futbol turniri başa çatıb. 

“Rekord.az” xəbər verir ki, Bakının müxtəlif uşaq futbol məktəblərini təmsil edən 3 komandaya Lənkəranda daha 3 futbol komandası – “Zirvə”, “Xəzər 92” və UGİM qoşulub. 

Dairəvi sistemdə keçirilən turnirin qalibi “Real” futbol məktəbinin komandası olub. Onlar finalda Xırdalanın "İnter" komandasını məğlub edərək Lənkəranda keçirilən turnirin qalibi olublar. 

Qalib komanda və finalçılara CRFF tərəfindən diplom və medallarla yanaşı, müxtəlif xatirə hədiyyələri də təqdim olunub.