
Lempart bu klubu çalışdırmaqdan imtina etdi
- 13 Noy 2021 13:48
- 523
"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard "Norviç Siti"ni çalışdırmaqdan imtina edib.
Rekord.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Premyer Liqa klubu 43 yaşlı mütəxəssisə təklif göndərib. Lakin Lempard bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Lempard yanvar ayında "Çelsi"nin baş məşqçisi vəzifəsindən istefaya göndərilib.