Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"nın yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün oyunçumuzla görüşəcək.

Rekord.az xəbər verir ki, bu barədə Polşa mçətbuatı məlumat yayıb. 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək. Vukoviç Mahirin komandada qalmasını və qış fasiləsində Dubaya təlim-məşq toplanışına yollanmasını istəyir.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.