
Lavala görə "Neftçi"yə təklif gəlib?
- 22 Dek 2021 16:30
- 642
"Yusif Lavalın 2023-cü ilə kimi "Neftçi" ilə müqaviləsi var".
Rekord.az xəbər verir ki, bunu sportinfo.az-a açıqlamasında Yusif Lavala gələn dəvətlərlə bağlı iddialara münasibət bildirən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
"Onu istəyən klublardan nə şifahi, nə də yazılı heç bir müraciət bizə daxil olmayıb. Buna görə də hazırda bu məsələ ilə bağlı heç bir fikir bildirə bilmərik" - deyə klub rəsmisi sözlərinə davam edib.
Xatırladaq ki, 23 yaşlı nigeriyalı vingerin meneceri mətbuatda açıqlamasında müştərisinə bir neçə ölkədən dəvət gəldiyini açıqlayıb.
Yusuf Lavalın "Neftçi" ilə 2022-ci ilin iyununadək müqaviləsi var. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.