Vaqner Lav "Qarabağ"la oyundan danışdı

"Bu həftə bizi vacib oyunlar gözləyir. Əvvəlcə səfərdə "Qarabağ"a qarşı avrokubok görüşü, ardınca isə "Astana" ilə çempionat və Qazaxıstan Kubokunun cavab matçı var. Bu qarşılaşmaların hər biri çox çətin keçəcək".

Rekord.az-ın məlumatına görə, bunu "Kayrat"ın braziliyalı hücumçusu Vaqner Lav Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə "vesti.kz" saytına müsahibə verib.

Lav yer aldıqları apardıqları H qrupundakı rəqibləri belə dəyərləndirib: "Artıq Kipr "Omoniya"sı və İsveçrə "Bazel"lə qarşılaşmışıq. İndi isə bizi "Qarabağ"la səfər matçı gözləyir. Pley-offa çıxmaq asan olmayacaq. Amma bunun mümkünsüz olduğunu da deyə bilmərəm. Futbolda hər şey meydanda həll olunur. İnanıram ki, qrupdan çıxmaq şanslarımız var. Lakin yadda saxlamalıyıq ki, "Kayrat" tarixində ilk dəfə avrokubokların qrupun iştirak edir. Bəzən bu, oyunçuların psixoloji vəziyyətinə təsir edə, yüngül əsəbilik yarada bilər. Amma komandanın növbəti mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi etməyə çalışmalıyıq".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.