La Liqanın bombardiri “Roma”da
- 03 Avq 2024 14:20
- 177
"Jirona" La Liqanın son mövsümünün bombardiri olan Artyom Dovbiki satıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu "Roma"ya keçib. Onun yeni klubu ilə neçə illik müqavilə imzaladığı açıqlanmır. İtalyanlar bu keçidə görə 30 milyon avro ödəyiblər.
Dovbik ötən mövsüm La Liqanın 36 matçında 24 qola və 8 qol ötürməsinə imza atıb.