İspaniya La Liqasında 2022/2023 mövsümünün təqvimi açıqlanıb.

Rekord.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, çempionatın ilk turunun oyunları avqustun 16-da keçiriləcək.

Mövsümün açılış turunda son çempion “Real” səfərdə “Almeriya” ilə qarşılaşacaq. “Barselona” isə doğma meydanda “Rayo Valyekano”nu sınağa çəkəcək.

İspaniya La Liqası
1-ci tur

Atletik - Malyorka
Barselona - Rayo Valyekano
Selta - Espanyol
Kadis - Real Sosyedad
Osasuna - Sevilya
Almeriya - Real
Xetafe - Atletiko
Valyadolid - Vilyarreal
Valensiya - Jirona