
La Liqa klubundan Pelleqrini ilə davam qərarı
- 22 Dek 2021 20:00
- 499
İspaniyanın “Betis” klubunda baş məşqçi Manuel Pelleqrini ilə müqavilənin müddəti uzadılıb.
Rekord.az xəbər verir ki, çilili mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Betis” La Liqada 3-cü sırada qərarlaşıb. Pelleqrini 2020-ci ilin iyulundan bu komandaya rəhbərlik edir.