"Selta" baş məşqçisi Klaudio Xiraldeslə müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

36 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Klub rəhbərliyi Klaudionun işindən razıdır və onun komandaya uğurlar qazandıracağını düşünür.

Xiraldes mart ayında Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Onun əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

31 turdan sonra "Selta" La Liqada 28 xal toplayıb və turnir cədvəlində 17-cidir.