İspaniyanın “Elçe” klubunda baş məşqçi Fran Eskriba ilə yollar ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Eskriba La Liqanın 14-cü turunun “Betis”lə ev oyunundan (0:3) sonra istefaya göndərilib.

“Elçe” hazırda La Liqada 18-ci pillədə qərarlaşıb.