
La Liqa klubunda baş məşqçi ayrılığı
- 11 Yan 2022 16:30
- 461
İspaniyanın “Kadis” klubunda baş məşqçi Alvaro Servera ilə yollar ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Kadis” La Liqada 19-cu sıradadır. Komanda çempionatda ötən ilin noyabrından qələbə qazana bilmir.