La Liqa klubu baş məşqçisi ilə vidalaşdı
- 10:00
- 29
"Osasuna" baş məşqçi Alessio Lişi ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssis komandanı 2025-ci ilin yayından çalışdırırdı. "Osasuna" onun rəhbərliyi altında başa çatan son mövsümü turnir cədvəlinin 17-ci pilləsində başa vurub və İspaniya çempionatının yüksək liqasındakı yerini qoruyub.
Alessio Lişi daha əvvəl "Mirandes" və "Levante" klublarını çalışdırıb.