"Yuventus"un kapitanı Corcio Kyellini koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçi ev şəraitində təcrid olunub.

Maraqlıdır ki, Kyellini dekabr ayında 3-cü vaksinasiyadan keçib.

Qeyd edək ki, "Yuventus" yanvarın 6-da A seriyasının 20-ci turunda "Napoli"ni qəbul edəcək.