İtaliyanın “Yuventus” komandasının müdafiəçisi Corcio Kyellini koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin neqativ çıxdığı diqqətə çatdırılıb. Təcrübəli müdafiəçinin tezliklə komanda ilə məşqlərə başlayacağı bildirilib.