"Napoli" son turda "Salernitana" ilə oyuna ciddi itki ilə çıxmışdı.

Rekord.az xəbər verir ki, Xviça Kvaratsxeliya xəstələndiyi üçün səfərə aparılmamışdı.

İtaliya mətbuatının yazdığına görə, futbolçu qızıdrmasının olmadığını və oynaya biləcəyini bildirərək səfərə getmək istəyib. Baş məşqçi Luçano Spaletti isə məsuliyyəti komandanın həkimin üzərinə atıb. Həkim isə qızdırması olmasa belə, futbolçunun immun sisteminin səfərə üçün yetərli olmadığını əsas gətirərək onun Napiolidə qalmalı olduğunu vacib hesab edib.