“Real”ın qapıçısı Tibo Kurtua PSJ ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda (0:1) Lionel Messinin vurduğu penaltini dəf etməsi haqda danışıb.

Rekord.az-ın xəbərinə görə, belçikalı qapıçı oyundan sonra jurnalistlərə verdiyi açıqlamada deyib:

“Belə məqamlarda qapıçılar az əziyyət çəkmirlər. Mən Messinin necə penalti vurmasını öyrənmişdim. Qapı xəttində dayanərkən isə onunla oynamaq istədim. Əlbəttə, belə məqamlarda bəxt də lazımdır”.