Bu ilin iyulunda “Barselona”dan “Lids”ə keçən Junior Firpo açıqlama verib.

Rekord.az xəbər verir ki, 25 yaşlı oyunçu Kataloniya təmsilçisinin keçmiş baş məşqçisi Ronald Kumanın ona münasibəti haqda danışıb:“Kumandan məni oynatmamasının səbəbini izah etməsini istədim. Amma

o, məni aldatdı. Kuman mənə yalan danışdı. O deyirdi ki, mən pis çıxış edirəm və komandanın oyununa təsir edirəm. Bunu komandada olan digər futbolçulardan da soruşa bilərsiz. Hər kəs həqiqəti yaxşı bilir”.