Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Ulsan”la qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.

Anton da bu görüşün iştirakçısı olub. O, əvvəldən sonadək oynayıb, 90+3-cü dəqiqədə isə sarı vərəqə alıb.

“Daejeon” hazırda 5 xalla 7-ci pillədə qərarlaşıb.