
"Kristal Pelas" van Deykin transferindən imtina edib
- 18 İyn 2022 12:45
- 472
"Sautqempton"un sabiq müdafiəçisi Vircil van Deyk "Liverpul"dan qabaq başqa kluba təklif olunub.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport"a danışan ingiltərəli mütəxəssis Nil Vornok verib. Onun sözlərinə görə, niderlandlı oyunçu "Liverpul"dan əvvəl "dumanlı albion"un digər təmsilçisi "Kristal Pelas"a təklif olunub. London klubuna 30 yaşlı futbolçunu 5 milyon funt-sterlinq qarşılığında transfer etmək təklif edilsə də, bundan imtina edilib. Məhz bundan sonra van Deyk "mersisayd" təmsilçisinə keçib.
73 yaşlı mütəxəssis 2007-2010 və 2014-cü ildə "Kristal Pelas"ı çalışdırıb.
Qeyd edək ki, Niderland millisinin üzvü 2016-cı ildə 85 milyon avro qarşılığında "Sautqempton"dan "Liverpul"a transfer olunmuşdu.