"Barselona"nın futbolçusu Felipe Koutinyo karyerasını İngiltərədə davam etdirəcək. 

Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Aston Villa"ya keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı mlumat yayıb. Tərəflər mövsümün sonunadək müqavilə imzalayıblar. Həmçinin sözləşməyə əsasən, "Aston Villa" Koutinyonu mövsümün sonunda birdəfəlik transfer edə bilər. 

Qeyd edək ki, Koutinyo "Barselona"ya 2018-ci ildə "Liverpul"dan keçib.