“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevil komandanın yeni baş məşqçisinin kim olması ilə bağlı fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, o, Antonio Kontenin namizədliyini dəstəkləmədiyini deyib.

Nevill rəhbərliyin Sulşerə güvənəcəyini də vurğulayıb:

“Klub rəhbərliyi yeni baş məşqçi dəvət etməyəcək. Onlar Sulşerə dəstək verəcəklər. O, bu mövsüm nə isə qazanmalıdır.

Hər bir komanda belə “Liverpul”la oyunda pis duruma düşə bilər. Joze Mourinyo dünyanın ən yaxşı məşqçisi idi. Amma heç nə edə bilmədi.

Mən Kontenin gəlməsinin əleyhinəyəm. O, bu komandaya uyğun gəlmir. Ola bilsin ki, səhv edirəm, amma mənim mövqeyim belədir. Sulşeri istefaya göndərmək səhv addım olardı”.