
Konte ondan maaş soruşanlara əsəbləşdi
- 11 Noy 2021 14:18
- 468
“Tottenhem”in baş məşqçisi Antonio Konte məvacibinin çox olması ilə bağlı gedən müzakirəyə münasibət bildirib.
Rekord.az xəbər verir ki, Konte gördüyü işin müqabilində normal məvacib aldığını bildirib.
O, məsələyə bir qədər emosional münasibət göstərib: “Mənim məvacibim soyğundur? Mənə elə gəlir ki, məni bura dəvət edən adam bank soyur.
Sən öz işini görürsən. Bu işi yaxşı yerinə yetirmək isə əladır. Mən də öz işimin öhdəsindən yüksək səviyyədə gəlirəm. Ona görə də mənə bu qədər məvacib verirlər.
Amma ilk 4 komanda sırasına düşmək çətin olacaq. Çünki Premyer Liqada çox güclü rəqabət var. Ancaq əlimizdən gələn hər şeyi edəcəyik ki, bu hədəfə çataq”.