
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
- 26 Noy 2021 11:15
- 511
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, bu ada “Renn”dən (Fransa) Qaetan Labord, “Feyenoord”dan (Niderland) Siril Dessers, “Roma”dan (İtaliya) Nikolo Zanolo və “Bazel”dən (İsveçrə) Paytim Kasami iddialıdır.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.