Komandası Axundzadənin köməyi ilə yarımfinala yüksəldi
- 13:00
- 77
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolumbus Kru" komandasında məhsuldar ötürmə müəllifi olub.
Rekord.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.
O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.
Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
Xatırladaq ki, "Kolumbus Kru" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək.