
“Komandamın oyunundan razı qaldım” - Murad Musayev
- 19 Yan 2023 01:16
- 369
“Sabah”ın baş məşqçisi Murad Musayev Türkiyə toplanışı çərçivəsində Serbiyanın “Voyvodina” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 4:2 hesablı qələbə qazandıqları matçla bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bu gün fiziki cəhətdən güclü komandaya qarşı oynadıq. Komandamın sərgilədiyi futboldan razı qaldım. Şadam ki, qələbə qazandıq. Lakin bundan da mühüm olan odur ki, bu gün meydanda məzmunlu, yaxşı futbol sərgilədik".