Klublarımızın avrokuboklardakı növbəti rəqibləri müəyyənləşir
- 20 İyl 2026 11:40
- 56
Azərbaycan klublarının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq.
Rekord.az xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasında (ÇL) bu raundun püşkatma mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. "Sabah" püşkdə səpələnməmişlər səbətində yer alacaq. "Bayquşlar" II təsnifatda Finlandiyanın "KuPS" klubu ilə üz-üzə gələcək.
"Sabah"ın ÇL-in III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Tun" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
"İberiya" (Gürcüstan) - "Slovan" (Slovakiya) cütünün qalibi
"Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi
"Eqnatiya" (Albaniya) - "Sele" (Sloveniya)
"Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan)
UEFA Avropa Liqasında çıxış edən "Qarabağ" III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşk Bakı vaxtı ilə saat 15:00-da atılacaq. Ağdam klubu II təsnifatda Bolqarıstanın ÇSKA komandası ilə görüşəcək.
"Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi
"Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) cütünün məğlubu
"Fənərbağça" (Türkiyə) - "Qurnik" (Polşa) cütünün məğlubu
UEFA Konfrans Liqasında isə "Neftçi" və "Zirə" mümkün rəqiblərini tanıyacaqlar. Hər iki komanda səpələnməmişlər səbətində olacaq. "Ağ-qaralar" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk), "qartallar" Estoniyanın "Payde" kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
"Neftçi"nin III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi
"Pakş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan) cütünün qalibi
"Luqano" (İsveçrə) - "Dukadjini" (Kosovo) cütünün qalibi
AEK (Larnaka, Kipr) - "Beytar" (İsrail) cütünün qalibi
"Zirə"nin potensial rəqibləri:
"Bravo" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi
"Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi
"Rakuv" (Polşa) - "Valletta" (Malta) cütünün qalibi
"Riyeka" (Xorvatiya) - "Derri Siti" (İrlandiya) cütünün qalibi
"Polesye" (Ukrayna) - "Kopenhagen" (Danimarka) cütünün qalibi
Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək. UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında matçlar 6 və 13 avqusta təsadüf edəcək.