
Kloppdan Salah açıqlaması
- 09 Dek 2021 14:49
- 509
“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salah haqda danışıb.
Rekord.az xəbər verir ki, alman mütəxəssis misirli futbolçunu “Liverpul”da saxlamaq istədiklərini deyib:
“Salahın müqaviləsini uzatmaq üçün çalışırıq. Bu, bir çay içərək həll ediləcək bir şey deyil. İşlərimiz davam edir”.
Salahın adı “Barselona” ilə hallanır. 29 yaşlı oyunçunun “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.