“Liverpul”un baş məşqçisi Yurgen Klopp bayram günlərindəki oyunların təqvimindən narazılıq bildirib.

Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları deyib: "Boxin Day"lə heç bir problemim yoxdu.

Bayram günlərində oyunlar əla alınır. Sadəcə, dekabrın 26-ı və 28-də oynamaq mümkünsüzdü, yəqin ki, bu zarafatdı.

Hər halda 2 günə 2 oyun mümkün deyil. Heç olmasa oyunlar dekabrın 26-ı və 29-da olsa, problem deyil.

Oyunumuzun gələn ilə təxirə salınmasını istəmirik. Sadəcə, oyunların 26 və 28 dekabrda deyil, 26-29 dekabrda keçirilməsini istəyirik".