Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən iki komanda - “Keşlə” ilə “Səbail” sabah yoxlama matçında üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçiləri Mərdəkandakı “Dalğa Arena”da qarşılaşacaqlar. Oyuna saat 16:00-da start veriləcək.

Elita təmsilçiləri yanvarın 24-də daha bir sınaq matçında qarşılaşmağı planlaşdırırlar.