Növbəti mövsümdən "Keşlə"nin Şamaxıya köçəcəyi gözlənilir.

Rekord.az xəbər verir ki, ilkin mərhələdə yalnız əsas komandanın sözügedən rayona yollanacağı nəzərdə tutulub.

Klubun akademiyası Bakıda qalacaq. İlk vaxtlar əvəzedici komandanın da ev oyunlarını Şamaxıda keçirməsi variantı müzakirə olunsa da, sonradan qərara alındı ki, əvəzedici komanda da ilin sonuna qədər Bakıdan kənara çıxmasın.