"Keşlə" klubu sabiq futbolçusu Franko Floresi yenidən heyətinə qatıb.

Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Sənan Qurbanovun report-a verdiyi məlumata görə, paytaxt təmsilçisinə azad agent kimi keçən argentinalı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

41 yaşlı mütəxəssis oyunçunun yanvarın 6-da kollektivə qoşulacağını bildirib.