
"Keşlə" ilə müqavilə bağlamaq üçün Bakıya gəlir
- 20 Dek 2021 11:00
- 1119
Qış fasiləsinə 6-cı pillədə yollanan “Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Rekord.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi mövqeyinə oyunçu axtaran paytaxt klubu malili futbolçu Makan Konate ilə danışıqlar aparır.
Tərəflər maliyyə məsələsində razılığa gələ bilsələr, 30 yaşlı futbolçu “Keşlə” ilə müqavilə bağlamaq üçün Bakıya gələcək.
Konatenin son klubu Malaziyanın “Terengqanu” klubu olub. (sportlife.az)