
"Keşlə" iki legionerlə bağlı qərarını verdi
- 28 Yan 2022 11:16
- 504
Bakıda təlim-məşq toplanışını davam etdirən "Keşlə"nin düşərgəsində 4 futbolçu baxışdadı.
Rekord.az xəbər verir ki, onlar iki gün öncə "Kəpəz"lə baş tutan qarşılaşmada da iştirak etmişdilər.
Söhbət Ramin Doobi, Natan Oduva, Nima Dağıstani və David Qustavodan gedir. “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov "Football-plus.az" saytına baxışda olanlarla bağlı bunları dedi: "4 futbolçu baxışda idi. Onların ikisi ilə bağlı qərar verilib. İranlı sol cinah müdafiəçisi Nima Dağıstani və braziliyalı vinger David Qustavo ilə yolları ayırdıq. Qalan iki futbolçu isə hələ də düşərgədədi. Yaxın günlərdə onlarla bağlı da qərar verəcəm".