
"Keşlə" baxışa braziliyalı məşqçi çağırdı
- 12 Yan 2022 15:00
- 641
«Keşlə» yeni məşqçi gətirib.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi Sənan Qurbanovun işini yüngülləşdirmək məqsədilə ona Braziliyada köməkçi tapıb.
O, komandanın fiziki hazırlığı ilə məşğul olacaq.
Maraqlısı odur ki, bakılılar cənubi amerikalıya 10 gün vaxt verib. Əgər işi idarəçiləri qane etsə, onunla müqavilə imzalanacaq.
Cari mövsümün əvvəlinə kimi «Keşlə»də bu işləri Azər Bağırovla Əli Muradov görürdü.
Baş məşqçi Bağırovu futbolçularla yaxın münasibətlərinə görə buradan uzaqlaşdırdısa, Muradov səhhətində yaranmış problemlər səbəbindən korpusu tərk etdi. (sportinfo.az)