
“Keşlə” Bakıda 2 yoxlama oyunu keçirəcək
- 23 Dek 2021 15:30
- 501
“Keşlə” qış fasiləsində növbəti yarım ilin hazırlığına Bakıda başlayacaq.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Yanvarın 6-da bir araya gələcək komanda iki yoxlama oyunu keçirəcək. Həmin oyunların yanvarın 14-də və 20-də keçirilməsi planlaşdırılır. Rəqiblər isə hələlik bəlli deyil.