
“Keşlə” avrokuboklara çıxsa, hansı adla oynayacaq?
- 18 Dek 2021 13:00
- 753
“Keşlə”nin növbəti mövsümdən etibarən “Şamaxı” adlanacağı haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, futbol həvəskarlarını düşündürən suallardan biri də komandanın avrokuboklara vəsiqə qazanacağı halda hansı ad altında oynayacağıdır.
Qeyd edək ki, əgər komanda mövsümün sonunda avrokuboklara vəsiqə qazanarsa, orada “Keşlə” adı altında mübarizə aparacaq. Hətta komanda qrup mərhələsinə qədər gedib çıxsa belə, yalnız “Keşlə” adı altında oyunlara çıxacaq. Daxili çempionatda isə “Şamaxı” adı ilə çıxış edəcək.