
Kərim Benzema tarixə düşdü
- 29 Noy 2021 14:46
- 676
Futbol üzrə İspaniya La Liqasının 15-ci turu çərçivəsində baş tutan “Sevilya” ilə oyun “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, fransalı futbolçu bu oyunda yeni rekorda imza atıb.
O, 2:1 hesabı ilə qalib gəldikləri oyunda ilk qona imza atmaqla tarixə düşüb. Belə ki, Benzema klub karyerasında 361-ci qolunu vurub. Bununla da o, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klublarda ən çox qol vuran oyunçuya çevrilib.
Bu iki fransalı futbolçunun klub karyerasındakı göstəriciləri belədir:
Kərim Benzema: 725 oyun, 361 qol, 179 məhsuldar ötürmə
Tyerri Anri: 791 oyun, 360 qol, 177 məhsuldar ötürmə
Benzema bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlər çərçivəsində 18 oyunda 16 qola imza atıb.