
"Kəpəz"lə "Şamaxı" razılığa gələ bilmir
- 01 İyl 2023 12:00
- 788
"Kəpəz" Zahid Mərdanov və Əli Səmədovla bağlı "Şamaxı"ilə apardığı danışıqları uğurla yekunlaşdıra bilmir.
Rekord.az xəbər verir ki, növbəti mövsüm I Divizionda çempionluğa oynamağı hədəfləyən Şamaxı təmsilçisi müqaviləsi olan bu futbolçuları buraxmaq istəmir.
Buraxacağı halda isə hər iki futbolçu üçün təzminat tələb edir. "Kəpəz"in isə maddi durumu yaxşı olmadığı üçün "Şamaxı"nın tələb etdiyi təzminatı ödəyə bilmir. Bu səbəbdən də danışıqlar hələ ki, uğursuz alınır.