
“Kəpəz”in yoxlama oyunları üçün rəqibləri müəyyənləşdi
- 16 Yan 2022 12:42
- 505
Qış fasiləsində yoxlama oyunları keçirəcək “Kəpəz”in ilk iki rəqibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, sözügedən komanda yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq. Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.
“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə oynayacaq. Bu qarşılaşma yanvarın 28-nə təyin olunub.