Məlum olduğu kimi, "Kəpəz" növbəti həftədən ev oyunlarını qonşu Tovuzda keçirəcək.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi sırf maddi məsələlərə görə daha yaxşı şəraiti olan Qəbələni yox, Tovuzu seçdi.

Aldığımız məlumata görə, komandanın ev oyunları həm də erkən saatlarda start götürəcək ki, "Kəpəz" rəhbərliyi bununla da əlavə xərclərdən qaçmağa çalışır. Çünki projektor altında oynamaq əlavə xərcdi, elektrik enerjisinin də pullunu vermək lazımdır.