Sponsor ümidi puç olan "Kəpəz" yenə AFFA-nın ümidinə qaldı.

Rekord.az-a  federasiyaya yaxın mənbədən daxil olan məlumata görə, Gəncə təmsilçisi böyük ehtimalla növbəti mövsümdə də I Divizionda mübarizə aparacaq.

Artıq komandaya ayırılacaq mövsümlük büdcə də məlum olub. AFFA 2021-22-ci il futbol mövsümü üçün Gəncə komandasına 200 min manat ayıracaq. Əsas komandadan başqa, U-17 komandasının da maliyyələşməsi bu büdcədən olacaq.