"Kəpəz" - "Sumqayıt" matçından sonra "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov oyunun saat 16:00-a təyin olunmasına narazılıq bildirdi.

Rekord.az xəbər verir ki, "Sumqayıt" tərəfi də bundan narazı qalıb.

Çünki həmin gün Qəbələdə sözün əsl mənasında avqust istisi var idi və oynamaq çox çətin idi. Əldə etdiyimiz məlumata görə, əslində hər şey "Kəpəz"in maddiyatına bağlıdır. Çünki oyunlar axşam saatına təyin olunsa,o zaman sərf olunan elektrik enerjisinin də haqqını "Kəpəz" ödəməlidir. "Kəpəz"in isə buna maddi imkanı çatmır.