
"Kəpəz"in düşərgəsində 9 yeni futbolçu
- 08 İyl 2023 13:00
- 1277
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz"in düşərgəsində kifayət qədər yeni sima var.
Rekord.az xəbər verir ki, söhbət tək təcrübəli və legioner futbolçulardan getmir.
Belə ki, əvəzedici komandadan 9 futbolçu da əsas komandanın hazırlıqlarına cəlb olunub. Bunlar Nizami Səmədov, Ümid Səmədov, Nicat Məmmədov, Nihat Fərəci, Arzu Atakişiyev, Cavad Kərimov, Röyal Məmmədov, Nemət Musayev, Nicat Verdiyevdi.