
"Kəpəz"in Bakıda qalması əvvəldən planlaşdırılmışdı
- 13 Dek 2021 17:00
- 802
"Sabah"la kubok matçından sonra Gəncəyə qayıtmayan "Kəpəz" Bakıda qalaraq "Zaqatala" ilə matçın hazırlıqlarını paytaxtda keçib.
Rekord.az xəbər verir ki, çoxları bunu Gəncədəki stadionda aparılan yenidənqurma işləri ilə əlaqələndirsə də, sən demə belə deyilmiş.
Komandanın mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin saytımıza verdiyi açıqlamaya görə, bu, öncədən planlaşdırılmışdı: "Sabah"la oyundan öncədən bu düşünülmüşdü. Çünki kubok oyununa görə vaxt məsafəsi az olduğundan Bakıda qalmaq daha məqsədəuyğun hesab edildi. Yəni bunun stadionla, Bakıda məskunlaşmaqla əlaqəsi yoxdur".