Yeni mövsümə hazırlıqları davam etdirən "Kəpəz"in danışıq apardığı əcnəbi futbolçulardan biri ötən mövsümü "Şamaxı"da keçirmiş Franko Flores idi.

Lakin Rekord.az xəbər verir ki, argentinalı müdafiəçi ilə danışıqlar uğursuzluqla nəticələnib.

Tərəflər pul məsələsində anlaşa bilməyiblər. Belə ki, Frankonun istədiyi maaş tələbini bölgə təmsilçisi qarşılaya bilməyəcəyini deyincə danışıqlar dayandırılıb.

29 yaşlı legioner 2019/20 və 2021/22 mövsümlərində "Şamaxı"nın (köhnə adı "Keşlə"ə) formasın geyinib. O, təmsilçimizin heyətində 34 görüşdə meydana çıxıb və 1qolla yadda qalıb.