“Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.

Rekord.az xəbər verir ki, Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq.

Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artırıla bilər. 

Qarəhmədov yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçunun sonuncu klubu 1-ci Liqa təmsilçisi "İrəvan" olub.