
"Kəpəz"dən ayrılması rəsmləşdi
- 10 İyl 2023 15:00
- 889
"Kəpəz"də daha bir ayrılıq rəsmləşib.
Rekord.az xəbər verir ki, veteran futbolçu Tural Axundovla yollar ayrılıb.
Ötən mövsüm komandanın əsas kapitanı olan Turalın getmək ehtimalı öncədən yüksək idi. Lakin baş məşqçi Azər Məmmədov yekun qərarını verməli idi. "Səbail"lə oyundan öncə məsələ tam dəqiqləşib. Turalın karyerasını bitirəcəyi, yoxsa,d avam etdirəcəyi yaxın günlərdə məlum olacaq.