"Kəpəz"də növbəti ayrılıq
- 20:00
- 34
"Kəpəz" futbolçusu Olavale Onanuqa ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər başa çatan müqaviləni yeniləməmək qərarına gəliblər.
Xatırladaq ki, ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 30 oyun keçirən 28 yaşlı yarımmüdafiəçi 1 dəfə rəqib qapısına yol tapıb.
"Kəpəz" bunadək Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Yusif İmanov, Luis Paçu, Camal Cəfərov və Ehtiram Şahverdiyevlə də vidalaşıb.