
“Kəpəz”də İmamverdiyev şoku
- 10 Dek 2021 23:21
- 530
Futbol üzrə Azərbaycan kubokunun 1/8 finalında “Sabah”la qarşılaşacaq "Kəpəz" bu gün keçirdiyi son məşq ilə matçın hazırlığını başa vurub.
Rekord.az xəbər verir ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq.
MOİK-ə qarşı son çempionat oyununda zədələnən Cavid İmamverdiyev komandaya kömək edə bilməyəcək.
Əvvəlki turlardan zədəli olan Nicat Verdiyev ilə Nihat Fərəci də qarşıdakı matçı buraxacaq. Gənc futbolçuların müalicəsi davam edir.